Lənkəranda uşaq hüquqları müdafiə edildi


21:28     07 Noyabr 2015 kIBWS1OqxCT9.jpg

Lənkəranda uşaq hüquqları aylığı çərçivəsində tədbir keçirilib. Femida.az-ın məlumatına görə, tədbir ombudsman aparatının təklif və tövsiyəsi ilə Heydər Əliyev mərkəzində baş tutub.


Tədbirdə çıxış edən ombudsman aparatının Cəlilabad Regional mərkəzinin rəhbəri Ziya İsmayilov bildirib ki, uşaq hüquqlarının qorunması bu gün Azərbaycanın dövlət siyasətinin əsas prioritet sahələrindən biridir. Ümummilli lider Heydər Əliyev ölkəmizdə uşaq hüquqlarının müdafiəsinin davamlılığı məqsədilə BMT-nin “Uşaq hüquqları haqqında konvensiyası”na uyğun olaraq hələ 1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasi qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalayıb. Bu gün də bu irs layiqincə davam etdirilir. Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı hazırlanıb və bu istedadlı məktəblilərin aşkarlanmasına, onlara öz istedadlarını inkişaf etdirməsi üçün şəraitin yaradılmasına xidmət edir.

Daha sonra tədbirdə çıxış edən Lənkəran Şəhər Heydər Əliyev mərkəzinin direktoru Seyidzadə Şəfiyeva, Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Könül Manafova bildiriblər ki, bu gün Azərbaycanda uşaqların hərtərəfli qayğı ilə əhatə olunması, milli və ümumbəşəri dəyərlər ruhunda böyüməsi, yaşaması üçün hərtərəfli şərait yaradılıb. Bu gün ölkəmizdə həmçinin gənc nəslin sosial müdafiəsi və onların uğurlu gələcəyinin təmin olunması da diqqət mərkəzindədir. Sonda uşaqların əl işlərinin təqdimatı keçirilib və Azərbaycanda Dövlət Uşaq siyasətini əks etdirən videoçarx nümayiş etdirilib.

Açar sözlər:

Oxunub: 911