Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə
19:43 22 İyul 2019
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.
DİM-dən Femida.az-a verilən məlumata görə, elan üzrə 10 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 128 vakant vəzifə üzrə 158 yer müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 742 namizədlə 1840 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə vəziyyəti Balakən regional “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 209 namizəd), 6 saylı Bakı “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 168 namizəd), Şamaxı regional “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektorunda böyük məsləhətçi (1 vakant yer üzrə 158 namizəd) vəzifələri üzrə qeydə alınıb.
Müsahibələrin iyulun 29-dan noyabrın 5-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri məsuliyyətsizlik kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində namizəd öz adını seçib, açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmalıdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Oxunub: 401
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib