Xəzərin sahilində mina tapıldı
21:59 22 İyul 2019

İyulun 22-də ANAMA-ya Lənkəran şəhəri ərazisində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.
Femida.az xəbər verir ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Lənkəran şəhər rayon Polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Dəniz sahilinə baxış keçirilib. Təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə TM-62P3 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minanın ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 202
Oxşar xəbərlər
- Xəzərin sahili sintetik torlardan təmizlənir
- Xəzərin sahilini hasarlayan vətəndaşa yazılan cərimə ləğv edilib - MƏHKƏMƏ
- Xəzərin dibində seysmoloji stansiyalar quraşdırılacaq
- Xəzərin sahilində böyük iməcilik keçiriləcək
- Xəzərin sahilini zəbt edən 39 nəfər məhkəməyə verilib
- Xəzərin dibindən 445 ton üç gəmi korpusu çıxarılıb
- Xəzərin sahil zolağı plastik tullantılardan təmizləndi
- Xəzərin statusu haqqında konvensiya təsdiqləndi
- Xəzərin sahilindəki kafe sahibləri cərimələndi
- Xəzərin hüquqi statusu növbəti dəfə müzakirə ediləcək - BAKIDA