Bacısını müdafiə edən şəxs bıçaqlandı - Bakıda
23:17 22 İyul 2019

Bakıda bacısı təhqir edilən şəxs bıçaqlanıb.
Femida.az-ın məlumatına görə, iyulun 21-də, saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 23 saylı ünvanında yerləşən evin 9 nömrəli blokunda Elşən adlı şəxs tanışı, 1987-ci il təvəllüdlü Hüseynov Fuad Zahid oğlunun bacısını təhqir etdiyinə görə aralarında mübahisə yaranıb və F.Z.Hüseynova bıçaqla sol kürək və qarnın ön divarının iki ədəd kəsilmiş-deşilmiş yaraları xəsarəti yetirərək hadisə yerindən qaçıb.
Zərərçəkmiş şəxs F.Z.Hüseynov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Azərsutikinti" xəstəxanasına yerləşdirilib və vəziyyəti qənaətbəxşdir.
Fakta görə Xətai RPİ-nin İŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.
Femida.az
Oxunub: 271
Oxşar xəbərlər
- DİN: Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb
- Ağdam sakininin güllələnməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
- 41 nəfər cinayət şübhəlisi saxlanıldı
- Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - 808 min manatlıq əmlaka həbs qoyuldu
- Serj Sarqsyana qarşı cinayət işi açıldı
- 31 yaşlı qadının ölümünə görə cinayət işi açıldı
- Vətəndaşlara sosial müavinət düzəltmək adı ilə aldadan şəxs saxlanıldı
- İşə düzəltmək adı ilə dələduzluq edən şəxsə cinayət işi açıldı
- Polis sənədləri olmayan silahlar aşkarladı
- İki günün cinayət statistikası - 47 nəfər saxlanılıb