İnam Kərimov Gədəbəydə vətəndaşları qəbul edəcək
09:22 23 İyul 2019
Kənd təsərrüfatı naziri İnam Kərimov iyulun 26-sı, saat 10:00-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.
Bu barədə Femida.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bundan əlavə həmin vaxt nazir müavini İlham Quliyev Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzində Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcəklər.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-378-03-30), Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-344-93-86) və Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-265-88-78) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Femida.az
Oxunub: 569
Oxşar xəbərlər
- KTN azad edilmiş ərazilərdə peyvəndləmə aparır
- Prezident bu şəxsləri təltif etdi - SİYAHI
- Azərbaycanda ilk dəfə - Dron vasitəsilə kimyəvi mübarizə aparıldı
- Leyla Məmmədovaya daha bir yüksək vəzifə verildi
- İnam Kərimov fermerlərlə görüşdü - Fotolar
- Nazir fermerlər və rəsmilərlə müzakirə apardı - Fotolar
- Vüqar Hüseynov nazirliyin mətbuat katibi təyin edildi
- Qurban bayramı ilə bağlı yarmarkalar keçiriləcək - SİYAHI
- Nazirlik qarpızın bahalaşmasına AYDINLIQ GƏTİRDİ