Bu bölgələrdə qaz kəsildi - Gün ərzində olmayacaq


09:57     23 İyul 2019 qaz1.jpg


Bu gün səhər saat 09.00-dan axşam saat 18.00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.


Femida.az-a daxil olan məlumata görə, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır. Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17.00-dək bərpa olunacaq. Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09.00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq.

Femida.az

Açar sözlər: #qaz  

Oxunub: 322