Qubada kafedə qanlı mübahisə - Bir nəfər qətlə yetirildi


11:03     23 İyul 2019 19_07_23_1563865436.jpg

Quba rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Aşağı Atuc kəndində qeydə alınıb.

Gecə saatlarında kənd ərazisindəki kafelərin birində mübahisə olub. Nəticədə Aşağı Xuc kənd sakini Babək Şükürov bıçaqlanaraq qətlə yetirilib.

İlkin məlumata görə, hadisəni əvvəllər məhkumluğu olmuş Cabir Əhmədxanov törədib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 440