Bu xanım kimyadan maksimum nəticə göstərən ilk müəllimdir
11:19 23 İyul 2019
İyulun 22-də kimya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında ən yüksək nəticə qeydə alınıb.
Femida.az xəbər verir ki, kimya ixtisası üzrə təhsil alan müəllimlərin müsabiqəsində 1991-ci il təvəllüdlü Aidə Sadiqova namizədlər arasında imtahanlardan 60 bal toplayan ilk iştirakçı olub.
İmtahanlara hazırlaşmadığını deyən A.Sadiqova suallarda heç bir çətinlik çəkmədiyini bildirib:
“İmtahanlara çox hazırlaşdığımı deyə bilmərəm. Amma suallar əhatəli idi. İmtahanlarda mənə ailəmin dəstəyi çox kömək oldu. Onların inamı, güvəni mənim üçün əvəzsiz motivasiya idi. İxtisas sualları çox asan idi. Kurikulumda bir qədər çətinlik çəkdim. Maksimum bal topladım. Özüm Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəbin məzunuyam.
Əgər vakansiya olsaydı, elə öz məzun olduğum məktəbdə müəllim kimi çalışmaq istərdim. Əsas odur ki yaşadığım əraziyə yaxın olan təhsil müəssisələrindən birində vakansiya təklif olunsun”.
Aidə Sadıqova 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində kimya müəllimliyi ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə həmin universitetdə kolloid kimya ixtisası üzrə magistr dərəcəsi alıb.
Xatırladaq ki, iyulun 8-dən etibarən alman dili, tarix, fizika, fransız dili, musiqi, informatika, rus dili, ingilis dili, biologiya, coğrafiya, ibtidai sinif, fiziki tərbiyə, təsviri incəsənət və riyaziyyat üzrə test imtahanları keçirilib.
Növbəti günlərdə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahanlarda iştirak edəcək. İmtahanlar iyulun 24-dək davam edəcək.
Oxunub: 394
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir