Turizm Agentliyi: Şəki Xan Sarayı istifadəyə hazırdır


11:35     23 İyul 2019 seki0.jpg

Şəki Xan Sarayı istifadəyə tam hazırdır.

Bunu Femida.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. O bildirib ki, hazırda bununla bağlı digər dövlət qurumları ilə razılaşma prosesi gedir.
“Orada hadisə baş verib, təbii fəlakət olub. Ərazidə bərpa və təmizlik işləri aparılıb, ağaclar budanılıb. Xan Sarayı turistlərin qəbul edilməsi üçün hazırdır. Sadəcə digər dövlət qurumları ilə razılaşma aparıldıqdan sonra Sarayın qapıları turistlər üçün açılacaq”.

Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib.

Femida.az

Açar sözlər:

Oxunub: 430