Mübariz Qurbanlı Vaşinqton səfərindən danışdı


11:37     23 İyul 2019 1415368393_mubariz-qurbanli-cenubnews-3.jpg

"Dini mövzuda yazılan yazılara xüsusi önəm veririk. Çünki mətbuat bu sahədə düzgün təbliğat üçün ən böyük vasitələrdən biridir. Dini mövzudakı yazılar bizim milli mənəvi dəyərlərimizə xidmət göstərir. Bu baxımdan jurnalistlərin əməyini yüksək qiymətləndirirəm".


Femida.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O, ötən həftə baş tutan Vaşinqton səfəri barədə də məlumat verib:

"Bu tədbir olduqca önəmli idi. ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə təşkil olunmuşdu. Tədbir ikinci ildir ki, keçirilirdi. Burada 106 dövlət və 10 beynəlxalq təşkilat təmsil olunurdu. Azərbaycanı DQİDK və ABŞ-dakı səfirliyin əməkdaşları təmsil edirdilər. Biz orada Azərbaycandakı dini durum, Prezident İlham Əliyevin bu sahədə yürütdüyü siyasət , dövlət - din modeli ilə bağlı məruzələr etdik. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, milli, mədəni və dini abidələrimizə vurduğu ziyan , vandalizm əməlləri ilə bağlı fikirlərimizi çatdırdıq. Xeyli görüşlərimiz oldu. ABŞ Dövlət Departamentində dünya ölkələrində dini hesabatların hazırlanmasında iştirak edən mütəxəssislərlə görüşdük. Hansı ki, bəzən bu hesabatlarda Azərbaycanla bağlı düzgün olmayan fikirlər gedir. Biz həmin məqamları komissiyanın diqqətinə çatdırdıq. Təəsüf ki, bəzən bu hesabatlar hazırlanan da sosial şəbəkələrdə qeyri-obyektiv qurumların yaydığı məlumatlara istinad edilir. Ona görə biz yalnız Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin rəsmi məlumatlarına istinad edilməsini tövsiyə etdik və onlar bizimlə razılaşdı".

"Tədbirdə bir sıra bəyanatlar imzalandı və Azərbaycan məqbul saydığı bəyanatlara qoşuldu", - deyə Mübariz Qurbanlı bildirib.

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 433