Həmyerlisini boynundan bıçaqladı


12:52     23 İyul 2019 bicaq5.jpg

İyulun 22-də Şirvan şəhəri ərazisində naməlum şəxs şəhər sakini Ə.Zeynalova bıçaqla boyun nahiyəsindən xəsarət yetirib.


DİN-nin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən Ə.Zeynalovun vəziyyəti orta-ağırdır.

Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi T.Səfərov saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 305