İzmirdə əməliyyat - 47 hərbçi saxlanıldı
13:06 23 İyul 2019
Türkiyədə FETÖ (Fəthulllah Gülən hərəkatı) terror təşkilatı ilə mübarizə çərçivəsində İzmirdə əməliyyat keçirilib.
Femida.az-ın məlumatına görə, əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin 47 hərbçisi saxlanılıb. Saxlanılanların ayrı-ayrı hərbi strukturların əməkdaşları olduğu bildirilir.
Məlumata görə, əməliyyat Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizə Xidmətində keçirilib. Daha öncə aparılan araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu üzə çıxıb.
Ümumiyyətlə, son aylar ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1000-dən çox hərbi qulluqçu xaric edilib.
Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.
Femida.az
Oxunub: 391
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"