Xəstəxanaya atılan azyaşlı uşaqların atası tapıldı
13:52 23 İyul 2019
Bərdə rayonunda xəstəxanaya atılan azyaşlı uşaqların valideyni tapılıb.
Femida.az xəbər verir ki, bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
O bildirib ki, iyulun 22-də axşam saatlarında yaşlı kişi və qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına iki azyaşlı uşaq gətiriblər: "Onlar növbətçi həkimə deyiblər ki, guya uşaqları tapıblar və yazıqları gəldiyinə görə xəstəxanaya gətiriblər. Həkim də bildirib ki, məsələni rəhbərliyə məruzə etməlidir. Növbətçi həkim baş həkimin yanından qayıdanda görüb ki, həmin şəxslər uşaqları xəstəxanada ataraq gediblər".
P.Abubəkirovun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparılıb və uşaqları xəstəxanaya gətirən yaşlı kişi və qadının onların ana babası və nənəsi olduğu məlum olub: “Ailədə münaqişə olub. Onlar da nəvələrini xəstəxanaya gətirərək növbətçi həkimə onları tapdıqlarını deyiblər".
Nazirlik rəsmisi vurğulayıb ki, dərhal aidiyyəti üzrə məlumat verilib, uşaqlar üçün ayrıca palata ayrılaraq müayinə ediliblər və səhhətlərində hər şey qaydasındadır.
O əlavə edib ki, araşdırmalardan sonra uşaqların atası tapılıb: “Ata deyib ki, uşaqlarıma sahib çıxıram. Hazırda sənədləşmə işləri gedir və çox güman ki, onlar atalarına təhvil veriləcək”.
Qeyd edək ki, hadisə ötən gün axşam saat 21.00 radələrində baş verib. Uşaqlardan biri 9 yaşında, digəri isə altı aylıqdır.
Femida.az
Oxunub: 326
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Səhiyyə naziri valideynlərə müraciət edib
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
- Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib
- DİQQƏT! "Meymun çiçəyi" virusu bu yolla yayılır - Səhiyyə Nazirliyi açıqlama yaydı
- Səhiyyə naziri: “Pandemiyanın sona çatdığı elan oluna bilər”
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Səhiyyə qurumları “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə çağırış edib