Cinayət törədən 30 nəfər saxlanılıb


14:01     23 İyul 2019 cinayet.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.


DİN-nin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 5 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #kriminal   #cinayət  

Oxunub: 452