Balakən meşələrini narkotik bazasına çevirənlər tutuldu


16:13     23 İyul 2019 2019/07/nar_1563884508.jpg

Balakəndə meşəlik ərazidə narkotik tərkibli bitkilər əkən dəstə üzvləri saxlanılıb.



Femida.az“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, rayonun Gərəkli kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 900 ədəd çətənə bitkisi aşkar edilib.

Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik tərkibli bitkiləri becərən şəxslərin rayonun Gərəkli kənd sakinləri Eşqin və Dibirov Motuxov qardaşları, Anar Umarov, Oqtay Gülüyev, Araz Quliyev, Rasim Xəlilov, həmçinin Balakən şəhər sakini Natiq Dibirov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində əvvəlcədən bir qrup şəxs halında birləşərək, meşəlik ərazidə narkotik tərkibli bitkiləri yetişdirib, daha sonra qazanc əldə etmək məqsədilə satmaq istədiklərini bildiriblər.

Faktla bağlı Balakən RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Əməliyyat və istintaq tədbirləri davam aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 847