Prezident Murad Köhnəqalaya ev verdi

Prezident Murad Köhnəqalaya ev verdi


16:33     23 İyul 2019 murad%20kohne.jpg

Prezident İlham Əliyev şair-publisist Murad Köhnəqalaya mənzil hədiyyə edib.



Femida.az xəbər verir ki, bu barədə məlumatı şairin özü sosial şəbəkədə paylaşıb. Bildirib ki, mənzil problemi ilə bağlı Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətə müsbət cavab verilib:

“Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram! Qoy həmişə günəş olsun!”

Qeyd edək ki, ötən ay Azərbaycanın bir qrup tanınmış jurnalisti və millət vəkilləri Murad Köhnəqalanın mənzil probleminin həlli üçün ölkə başçısı İlham Əliyevə və I Vitse Prezident Mehriban Əliyevaya müraciət etmişdilər.

Femida.az

Açar sözlər:

Oxunub: 456