Komitə sədri vətəndaşları qəbul edib


19:33     23 İyul 2019 2019/07/15638-1563886372_1563891021.jpg

Xarici İşlər naziri Elmar Məmmədyarov Ekvatorial Qvineyanın mədənçilik və hidrokarbon məsələləri üzrə dövlət katibi Santiaqo Mba Eneme Nsuqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.



Xarici İşlər Nazirliyindən (XİN) Femida.az-a verilən məlumata görə, Santiaqo Mba Eneme Nsuqa bu il 27-29 noyabrda Ekvatorial Qvineyada keçiriləcək Qaz ixrac edən ölkələrin Forumunda iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış dəvət məktubunu ali ünvan sahibinə çatdırılması məqsədilə E. Məmmədyarova təqdim edib.

Dəvətə görə təşəkkürünü bildirən nazir E. Məmmədyarov məktubu Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcəyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 408