İntihar üçün binanın damına çıxan qadın xilas edildi


19:14     23 İyul 2019 19_07_23_1563891975.jpg

Bakıda intihar etmək məqsədi ilə binanın damına çıxan gənc qadın xilas edilib.

Xətai rayonu, Ukrayna dairəsi yaxınlığındakı doqquzmərtəbəli yaşayış binasının damına çıxan gənc qadın ətrafdakı insanların köməkliyi ilə intihar etmək fikrindən daşınıb.

O, xilas olunaraq binadan aşağı düşürdülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər: #intihar  

Oxunub: 566