Lənkərandakı qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub


21:45     23 İyul 2019 2019/07/725d3736b098b1f_1563904020.jpg

Lənkəranda baş vermiş avtoqəzada ölən və xəsarət alanların adları məlum olub.

Vüsal Əzizovun sürücüsü olduğu 90-LK-933 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və əsas yoldan çıxaraq aşıb. Avtomobildə olan sərnişinlərdən 1950-ci il təvəllüdlü Cəmilə Məmmədova və 1990-cı il təvəllüdlü Nigar Əzizova Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərnişin - 1948-ci il təvəllüdlü Azadə Məmmədova isə avtoqəza nəticəsində dünyasını dəyişib.

Ölən və yaralananların hamısı Bakıda yaşayan Astara rayonunun Ərçivan qəsəbə sakinləridir.

Femida.az

Açar sözlər:

Oxunub: 483