Türkiyədə turist avtobusu aşıb - 20 yaralı


21:52     23 İyul 2019 2019/07/tur_o-1563903953_1563904151.jpg

Türkiyənin Antalya şəhərində ağır yol qəzası baş verib.

Femida.az xəbər verir ki, Kəmər rayonunda turistləri daşıyan avtobus dərəyə aşıb. Hadisə nəticəsində biri ağır olmaqla 20 nəfər xəsarət alıb.

Ehtimal edilir ki, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 374