AZAL Nyu-Yorka uçuşları davam etdirəcək
22:23 23 İyul 2019
Donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.
Femida.az xəbər verir ki, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.
⠀⠀
Bakı- Nyu-York reysləri (“JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu Boeing 787 Dreamliner təyyarələri ilə yerinə yetiriləcək.
Oxunub: 417
Oxşar xəbərlər
- AZAL Bakı-London aviareysinin sərnişinlərinə müraciət edib
- AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
- AZAL: "Bakı-Moskva reysləri bərpa edilmir"
- AZAL və törəmə şirkəti ötən 2 ayda 220 minə yaxın sərnişin daşıyıb
- AZAL Rumıniyaya təyyarə göndərib
- AZAL Bakı-Moskva reysində uçuş marşrutunu dəyişib
- AZAL Naxçıvana bilet almaq istəyənlərə xəbərdarlıq edib
- AZAL Almatıya reyslərini ləğv edir
- AZAL Moskvanın daha bir beynəlxalq hava limanına uçuşlar yerinə yetirəcək
- AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması büdcə yükünü azaldacaq