“Bakı 2015”də iştirak edən boksçu zərbədən öldü - VİDEO


22:58     23 İyul 2019 19_07_23_1563906423.jpg

Rusiyalı boksçu Maksim Dadaşov dünyasını dəyişib.

Azvision.az xəbər verir ki, idmançı ABŞ-da Sabriel Matias ilə keçirilən döyüşdə başından ağır zərbə alıb. Bu səbəbdən döyüşü yarımçıq dayandıran boksçu xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub.


Açar sözlər:

Oxunub: 847