40 yaşlı qadın ehtiyatsızlıqdan özünü yaraladı


09:09     24 İyul 2019 103%20tecili%20yardim.jpg

Bakının Nizami rayonunda 40 yaşlı qadın özünə xəsarət yetirib.

APA xəbər verir ki, təndirdə çalışan 1979-cu il təvəllüdlü Əmirova Təranə Allahverdi qızı ehtiyatsızlıqdan kəsici alətlə özünü yaralayıb.

T.Əmirova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona boynunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 370