Ebola virusunun kökü kəsildi


00:10     08 Noyabr 2015 76773.jpg

Ümumdünya Səhiyyə Təşkilatı Syerra-Leonda ebola epidemiyasının sona çatdığını elan edib.


Bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.

Xəbərə görə, ölkədə epidemiya təhlükəsi aradan qalxıb, vətəndaşların virusa yoluxması halları sıfıra enib.

Xatırladaq ki, Dünya Sağlamlıq Təşkilatı (ÜST) bu ilin may ayının 9-da Ebola virusunun maksimum keçid müddəti (42 gün) bitdiyi üçün ölkədə epidemiyanın sona çatdığını bildirmişdi. Lakin iyunun 29-da yenidən yoluxma halı qeydə alınıb.

Təşkilatın məlumatlarına görə, üç Qərbi Afrika ölkəsi - Liberiya, Syerra-Leon və Qvineyada təxminən 27,443 nəfərdə təsbit edilən bu virus indiyə qədər 11,207 nəfərin həyatına son qoyub.

Açar sözlər:

Oxunub: 874


Oxşar xəbərlər