Azərbaycanda çay evində ofisiantın qanı töküldü - TƏFƏRRÜAT


10:03     24 İyul 2019 bicaq.jpg

Bakıda çay evində qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Sənan Həsənov və Asim Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Onların barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

Bu il fevralın 3-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində "Kabinet" çay evində Sənan Həsənov və Asim Muxtarov həmin çay evində işləyən 1993-cü il təvəllüdlü Sahil Əlizadə bıçaqlayıb.

Hadisə hesab üstündə yaranan mübahisə zəminində baş verib.

İstintaq orqanı tərəfindən Sənan Həsənov və Asim Muxtarovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Açar sözlər:

Oxunub: 374