Azərbaycanlı iş adamı Belarusdan deportasiya edildi


10:21     24 İyul 2019 19_07_24_1563949319.jpg

Azərbaycan vətəndaşını Belarusdan deportasiya ediblər.

Adı açıqlanmayan azərbaycanlının Belarus ərazisinə yarım il ərzində girişinə qadağa qoyulub.

Buna səbəb onun yaşamadığı şəhərdə sahibi olduğu firmanı qeydiyyatdan keçirməsi olub. Belə ki, azərbaycanlının firması Qrodno şəhərində qeydiyyatdan keçdiyi halda, onun şirkətinin bu bölgə ilə heç bir əlaqəsi olmayıb.

Azərbaycanlı biznesmen işləri yaşadığı Vitebsk şəhərindən aparıb.

Bu fakt Belarus hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı aşkarlanıb.

Azərbaycanlı oxşar qanun pozuntusuna görə daha əvvəl də məsuliyyətə cəlb olunmuşdu.

Açar sözlər:

Oxunub: 352