Qarabağda erməni əsgər ölüb


10:27     24 İyul 2019 19_07_24_1563949745.jpg


İşğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində ölüm faktı qeydə alınıb.


Femida.az ordu.az-a istinadən xəbər verir ki, iyulun 23-dən 24-nə keçən gecə, Qarabağın cənub istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində, naməlum şəraitdə aldığı odlu silah yarasından 2000-ci il təvəllüdlü müddətli xidmət hərbi qulluqçusu Volodya Hamlet Qaloyan ölüb.

Hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırma aparılır.

Femida.az

Açar sözlər: #erməni   #Qarabağ  

Oxunub: 427