Vüqar Həşimovun doğum günüdür
10:35 24 İyul 2019
Bu gün Azərbaycanın mərhum şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu adına layiq görülmüş Vüqar Həşimovun doğum günüdür.
Femida.az xəbər verir ki, V.Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası uğrunda çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada Azərbaycanın yığmasının tərkibində olub.
2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırmışdı). Azərbaycan yığması ilə 2011-ci ilin vitse-çempionu və 2010-2011-ci illərdə Reggio Emilia turnirinin qalibi olub.
Vüqar Həşimov 2014-cü il yanvarın 11-də dünyasını dəyişib
Oxunub: 657
Oxşar xəbərlər
- Vüqar Səfərli kassasiya şikayəti verib
- Vüqar Səfərli müalicə müəssəsinə köçürülüb
- Vüqar Səfərlinin vəsatətləri təmin edilməyib
- Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı məhkəməyə şikayət edib
- Vüqar Səfərlinin əmlakı müsadirə edilib
- Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
- Vüqar Səfərlinin məhkəməsi təxirə salınıb
- Vüqar Səfərlinin məhkəməsində mübahisə olub
- Vüqar Səfərlinin məhkəməsində ittiham aktı elan olunub
- Vüqar Səfərlinin məhkəməsi keçirilir