Rüstəm Usubov İmişlidə vətəndaşları qəbul edəcək


11:43     24 İyul 2019 19_07_24_1563954250.jpg

Baş prokurorun birinci müavini Rüstəm Usubov avqustun 2-də saat 10:00-da İmişli rayon Prokurorluğunun inzibati binasında İmişli və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və İmişli rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.



Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Açar sözlər:

Oxunub: 159