İranda sel - 2 nəfər həlak oldu


11:50     24 İyul 2019 2019/07/iran_flood_170217_3_1563954671.jpg

İranın üç vilayətində, Sistan və Bəluçestan, Fars və Hörmüzqan vilayətlərində 9 gün ərzində sel və daşqınlar nəticəsində 2 nəfər həlak olub.



Femida.az-ın məlumatına görə, bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, bu müddətdə 32 şəhər və kənddə 2 min nəfərə yardım edilib.

72 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Xilasetmə əməliyyatı davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 351