Rusiyadan alınan daha 2 qatar Bakıya gətirildi


12:15     24 İyul 2019 trend_metro_train_080615_003.jpg

“Bakı Metropoliteni" QSC-nin Rusiyadan aldığı daha iki qatar Azərbaycana gətirilib.



Femida.az xəbər verir ki, hər biri 5 vaqondan ibarət olan yeni qatarlar hazırda "Keşlə" stansiyasındadır.
Gün ərzində qatarlar "Bakı Metropoliteni" QSC-nin qatar deposuna aparılacaq.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC bu il Rusiyadan 6 qatar alıb. Onlardan 4-ü Bakıya gəlib. Avqust ayında daha 2 qatar ölkəmizə gətiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 470