Bakı-Tiflis-Qars dəmiryolunda ilk yük qatarı


12:31     24 İyul 2019 19_07_24_1563957145.jpg


Ərzurum logistik mərkəzdən Bakı-Tiflis-Qars dəmiryolu ilə bir neçə min tonluq yük test rejimində Gürcüstana gətirilib.


Femida.az “sputnik-Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Dəmiryolu” ASC-nin baş direktoru David Peradze deyib.

Onun sözlərinə görə, bu, Bakı-Tiflis-Qars dəmiryolu ilə Gürcüstana gətirilən ilk yük qatarıdır:

“Bu Türkiyə-Gürcüstan dəmiryolu tarixində çox mühüm hadisədir. Belə ki, ilk dəfə Bakı-Tiflis-Qars dəmiryolu vasitəsi ilə Türkiyədən Gürcüstana ixracat həyata keçirilir. Biz ümid edirik ki, mərhələlərlə yükdaşımaların həcmi daha da artacaq”.

Femida.az

Açar sözlər: #Bakı-Qars  

Oxunub: 489