Bakıda yeniyetmənin 1200 manatını alan şəxs saxlanılıb


12:55     24 İyul 2019 hebs.jpg

Bakıda yeniyetməni aldadıb pulunu alan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 23-də metronun “28 May” stansiyasının qarşısında naməlum şəxs Bakı şəhər sakini olan bir yeniyetməni aldadıb 1200 manatını alıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Niftəliyev saxlanılıb.

Açar sözlər:

Oxunub: 331