FHN-ə yeni mətbuat katibi təyin olundu


13:22     24 İyul 2019 19_07_24_1563960096.jpg


Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub.

Femida.az modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Gülçin Mehdiyeva gətirilib.

Qeyd edək ki, G.Mehdiyeva uzun müddətdir FHN-nin İctiamiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışıb.

Əhalinin maairfləndirilməsi və təbliğat işi ilə məşğul olub.

FHN-dən Modern.az-a təyinatı təsdiqləyiblər.

G.Mehdiyeva mətbuat katibi olaraq ilk açıqlamasını Modern.az-a verib. O, rəhbərlik tərəfindən göstərilən böyük etimada görə təşəkkür edib:

“Böyük etimad göstərilib. İnşallah çalışacam ki, bu etimadı doğruldum. Hazırda işlərlə daha yaxından tanış oluram. İnşallah mətbuat nümayəndələrilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyik”.

Femida.az

Açar sözlər: #FHN  

Oxunub: 559