Rusiya hərbçisi Yerevanda asılımış vəziyyətdə tapıldı


13:50     24 İyul 2019 19_07_24_1563961848.jpg


Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının müqavilə əsasında xidmət edən hərbi qulluqçusu Yerevanda asılmış vəziyyətdə tapılıb.

Bu barədə “Sputnik Ermənistan”a İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.

30 yaşlı həbçinin meyiti onun ailə üzvləri tərəfindən Yerevanın şimal rayonlarının birindəki bağ evində aşkarlanıb.

Evdə onun həyat yoldaşı, yetkinlik yaşına çatmayan uşağı və qaynı olub.

İntihar etdiyi güman edilən hərbçinin borc və ailədaxili problemləri olduğu bildirilir.

Femida.az

Açar sözlər: #Rusiya   #hərbçi  

Oxunub: 459