“Mercedes” aşdı, qadın sərnişin öldü


14:32     24 İyul 2019 asibbbbb.jpg

İyulun 23-də saat 18 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Bakı şəhər sakini V.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.



Femida.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, nəticədə avtomobildəki sərnişinlərdən Azadə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 430