“Texnikabank” zavodu məhkəməyə verdi


03:12     08 Noyabr 2015 105001_src6.jpg

“Texnikabank” (Bank Technique) Açıq Səhmdar Cəmiyyəti (ASC) “İnşaat Konstruksiyaları Zavodu” ASC-ni məhkəməyə verib.


Report-un məlumatına görə, bank zavoda qarşı kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması barədə tələb irəli sürüb.

Sabunçu Rayon Məhkəməsi iddianı qismən təmin edib.

Qərarla razılaşmayan “İnşaat Konstruksiyaları Zavodu” apellyasiya şikayəti verib. İddiaya Bakı Apellyasiya Məhkəməsində baxılır.

Açar sözlər:

Oxunub: 1099