İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılıb
19:52 24 İyul 2019
Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Femida.az xəbər verir ki, dəyişikliyə əsasən, İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılıb.
Belə ki, Fondun 2019-cu il büdcəsinin gəlirləri 83 451 400 manatdan, xərcləri isə 83 451 400 manatdan 98 451 400 manata qalıdırılıb.
Bundan əlavə, 2019-cu ildə özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsinə 56 milyon 41 min 400 manat xərclənəcək. Bir milyon manat vəsait isə peşə hazırlığı və əlavə təhsilin təşkili üçün nəzərdə tutulub.
Bu il ümumilikdə peşə hazırlığı və əlavə təhsilin təşkilinə 2 milyon 800 min manat vəsait sərf olunacaq.
Femida.az
Oxunub: 533
Oxşar xəbərlər
- İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişikliklər təsdiqlənib
- İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib, staj tələbi azaldılıb
- İşsizlikdən sığorta ödənişi üçün üç aylıq gözləmə müddəti aradan qaldırılır
- İsşizlikdən sığorta ödənişi üçün üç aylıq gözləmə müddəti ləğv edilir
- İşsizlikdən sığorta ödənişinin verilməsi qaydası dəyişdi
- İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib
- İşsizlikdən sığorta ödənişinin təyinatı elektronlaşdırılıb
- İşsizlikdən və dövlət sığortalarını ödəməkdən yayınanlar cəzalanacaq - Prezidentdən QƏRAR