Sosial müdafiə xərcləri artırıldı


20:06     24 İyul 2019 manat6.jpg

Prezident İlham Əliyev "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanuna dəyişiklik edib.
Femida.az xəbər verir ki, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin gəlirləri 3 928 104 000 manatdan 4 128 104 000 manata, xərcləri isə 3 928 104 000 manatdan 4 128 104 000 manata qaldırılıb.

Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin xərclərinin əhaliyə ödənişlər üzrə xərclər istiqamətində 3 834 944 000 manatdan 4 020 444 000 manata qaldırılıb.

Həmçinin pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22 500 000 manatdan 23 000 000 manata qaldırılıb.

Femida.az

Açar sözlər: #Qanun   #Dəyişiklik  

Oxunub: 493


Oxşar xəbərlər