“Azəriqaz” daha bir xidmət istifadəyə verir


20:38     24 İyul 2019 azəriqaz.jpg

Kütləvi sayğac dəyişikliyindən sonra ən çox ünvanlanan - yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentlər tərəfindən səhvən söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması kimi müraciətlərə abonentlər iyulun 25-dən daha bir xidmət sayəsində cavab tapa biləcək.

Femida.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 25-dən başlamaqla Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 104 ünvanında Sabunçu texniki istismar xidmətində yuxarıda qeyd edilən məsələlərlə bağlı xidmətlərin göstərilməsi təmin olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 391