Müəllimlərin işə qəbulu imtahanları başa çatdı


20:51     24 İyul 2019 tqdk%20sinaq%20imtahan%20neticelerin%20femida7.jpg

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test imtahanı mərhələsi başa çatıb.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, imtahanlarda 39 mindən çox namizəd iştirak edib.

İyunun 24-də Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verib. Bu fənn üzrə müəllimliyə namizəd olan Azərbaycan Dillər Universitetinin məzunu Gülnar Hümbətova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Süsən Məmmədova yüksək nəticə göstərərək 60 bal toplayıb.

Müəllimlərin işə qəbulu üzrə keçirilən ilk imtahanda 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal tolayıb. İyunun 22-də kimya fənni üzrə keçirilən imtahanlarda namizədlərdən Aidə Sadıqova 60 bal toplayaraq maksimum nəticə göstərib.

Xatrıladaq ki, imtahanlar iyulun 8-də başlamışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 363