Komitə sədri müvəqqəti saxlama yerlərinə baş çəkdi


09:37     25 İyul 2019 19_07_25_1564033063.jpg


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov şimal bölgəsində növbəti monitorinq kecirib.


Komitədən Femida.az-a verilən məlumata görə, monitorinq Şabran, yeni inşa olunmuş Xacmaz polis şöbəsi, Quba və Qusar polis şöbələrində saxlanılan şəxslərin qalma şəraiti, qidalanma, insani rəftar və insan hüquqlarının tam bərqarar olunması məqsədi ilə həyata kecirilib.

Quba polis şöbəsində saxlanılan şəxslər üçün tam xüsusi şərait yaradılıb, asudə vaxtlarında musiqi təmin olunublar. Son vaxtlar insan hüquq və azadlıqları ilə bağlı yaradılan mühit arzuolunandır.

Monitorinqdə komitənin eksperti Qartal Hüseynov da iştirak edib.

Ümumi nəticə qənaətbəxşdir.

Femida.az

Açar sözlər:

Oxunub: 410