“Bu layihə vacib sistem olacaq” - Ülvi Mehdiyev


10:47     25 İyul 2019 2018/12/ulvi-m_1543992457.jpg

Milli Məkan Məlumatları bütün dövlət orqanlarına dataya əsaslanan çevik qərar qəbul etmə məzmununun tətbiqinə töhvə verəcək. Bu, vacib infrastrukturdur.

Femida.az
xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, dövlət xidmətlərinin həm vətəndaşlara çatdırılması istiqamətində, həm də iqtisadi-sosial layihələrin keçirilməsi istiqamətində bu layihə fayda verən, vacib sistem olacaq.

O, ölkədə elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq mühüm layihələrin həyata keçirildiyini qeyd edib.

Həmçinin Ülvi Mehdiyev Milli Məkan Məlumatları İnfrastrukturunun Rəqəmsal hökumətin vacib komponentlərindən biri olduğunu və bu sistemin tez bir zamanda qurulmasının vacibliyini vurğulayıb. Bildirib ki, məlum fərmana əsasən Agentlik Milli Məkan Məlumatlarının ilkin mənbəyini və onları formalaşdıran aidiyyəti dövlət qurumlarının siyahısını müəyyən edir.

Femida.az

Açar sözlər:

Oxunub: 510