Müəllimlik imtahanında 18881 namizəd uğur qazanıb


12:31     25 İyul 2019 magistratura%20imtahan.jpg

8-24 iyul tarixlərində müəllimlərin işə qəbulu imtahanlarında 41 288 namizəd iştirak edib. İmtahanda iştirak edən namizədlərdən 18 881 nəfəri (46%) uğur qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.


Femida.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, uğur qazanan namizədlər arasında 3 nəfər maksimal (60 bal) nəticə göstərib.

"Bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib. Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər fəndən imtahan veriblər. Təkrar iştirak edən namizədlərin əksəriyyəti keçən ilki nəticələrdən daha yüksək nəticə qazanıblar".

Femida.az

Açar sözlər: #Müəllim   #İmtahan   #DİM   #Abituriyent   #Tələbə   #Şagird   #Məktəb  

Oxunub: 358