Oğuzda velosipedçi yük maşınına çırpılaraq ağır xəsarət alıb


13:45     25 İyul 2019 velosipedci.jpg

Oğuz rayonunda 19 yaşlı gənc velosipedlə hərəkətdə olarkən yük yolun kənarında dayanan yük maşınına çırpılıb.


Femida.az-ın məlumatına görə, rayonun Bucaq kənd sakini, 2000-ci il təvəllüdlü Qüdrət Şöhrət oğlu Əzizli velosipedlə yüksək sürətdə hərəkətdə olarkən, yolun kənarında dayanan yük avtomibilinin arxa hissəsinə çırpılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Əzizli Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Gənc oğlana sağ alın nahiyyəsinin, çənənin və burunun əzilmiş yarası diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 353