Bərdədə məcburi köçkünlərin evi yandı - Xəsarət alan var


13:58     25 İyul 2019 yangin_38673636.jpg

Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, hadisə rayonun Qırmızı Samux qəsəbəsində baş verib.

Belə ki, ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 295