Heydər Babayevin şirkətləri ləğv olundu


14:01     25 İyul 2019 2019/07/heyder1_1564048363.jpg

Sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevə məxsus “AB Standard” QSC-nə daxil olan 7 şirkət ləğv olunub.



Femida.az xəbər verir ki, bu barədə məluat Vergilər Nazirliyinin rəsmi orqanı olan “Vergilər” qəzetində öz əksini tapıb.

Söhbət sözügedən qrupa daxil olan “AB Trading”, “AB Travel”, “AB Skybell”, “Masalt”, “Avto Şop”, “Standard Futbol Klubu” MMC-lərdən və “AB Service”dən gedir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 25, mənzil 54 ünvanına bildirə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 444