İki cüdoçumuz yarımfinala yüksəlib


14:13     25 İyul 2019 2019/07/8c921855-1953-4e4a-ad1e-58aa9f4a9d9b_1564048459.jpg

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) yarımfinala yüksəlib.



Femida.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov ardıcıl olaraq Belarus və Çexiya idmançılarını mübarizədən kənarlaşdırıb. O, yarımfinalda türkiyəli Musa Şimşəklə görüşəcək.

66 kq çəkidəki Mətin Rzazadə 1/4 finalda rusiyalı həmkarına uduzub. O, təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq.

Qadın cüdoçu Aytac Qardaşxanlı da yarımfinalda çıxış edəcək. 57 kq-da yarışan idmançı bu raunda kimi Finlandiya, Böyük Britaniya və Rumıniya təmsilçilərinə qalib gəlib. Qardaşxanlı finala gedən yolda rusiyalı Kseniya Qalitskaya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycan cüdoçuları ilk yarış günündə 1 qızıl, iki bürünc medal əldə ediblər.

Qeyd edək ki. Vüqar Talıbov 2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 439