Qətl törədən keçmiş məhkum saxlanıldı


14:20     25 İyul 2019 terror%20hebs.jpg

İyulun 24-də saat 3 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Çərkəzov münaqişə zəminində paytaxt sakini Kamran Abdullayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib


Femida.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, o, hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş K.Abdullayev orada dünyasını dəyişib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən P.Çərkəzov saxlanılıb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 387