Maşını qaçırdı - 1 gün sonra tutuldu


15:10     25 İyul 2019 masin_ogrusu_018.jpg

İyulun 23-də Xaçmaz şəhərinin ərazisindən şəhər sakini M.Rəsulova məxsus “QAZ-21031” markalı avtomobil qaçırılıb.



Femida.az xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini E.İbrahimov saxlanılıb.

Avtomobil isə iyulun 24-də saat 1 radələrində Xaçmaz şəhəri ərazisində tapılıb.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət  

Oxunub: 536